Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya, İran və Türkiyənin daxil olduğu Astana formatının məqsədinin Suriyada hakimiyyət dəyişikliyindən sonra itirildiyini bildirib.
Musavat.com Rusiya mediasına istinadla zəbər verir ki, Peskov deyib: “Digər tərəfdən, bu ölkələr arasında fikir mübadiləsi və siyasi məsləhətləşmələr mexanizmi həmişə aktualdır. Məsləhətləşmələr bu və ya digər formada davam edəcək”.
Peskovun sözlərinə görə, indi Suriyada “sabitsizliklə bağlı çox çətin dövr” olacaq. “Burada bütün region ölkələri ilə dialoqun davam etdirilməsi vacibdir”, - o, son hadisələrdə Türkiyənin və şəxsən prezident Ərdoğanın rolu ilə bağlı sualı cavablandırarkən deyib.
"Biz vəziyyəti məsləhətləşib təhlil edəcəyik", - Kreml spikeri əlavə edib.
Peskov Əsədin hakimiyyətinin ildırımsürətli süqutunun Kremli təəccübləndirdiyini gizlətməyib. "Baş verənlər bütün dünyanı təəccübləndirdi, biz də istisna deyilik", - o, əlavə edib.
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ