İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın oğlunu oğurlamaq istədilər - VİDEO

Bu gün saat 15:00 radələrində Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı evinin yaxınlığında qaçırmağa cəhd ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyanın ailəsinə məxsus “Aykakan Jamanak” qəzetinin saytı məlumat yayıb.

“İlkin məlumatlara görə, oğurluqda iştirak edənlər Aşot Paşinyanı maşına minməyə məcbur edən “Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir. Baş nazirin oğlu hansısa məqamda bir anlıq dayanan avtomobildən düşə bilib, lakin onu yolda bir maşın yüngülcə vurub. “Oğulların çağırışı” QHT üzvləri isə hadisə yerindən qaçıblar. Aşot Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Aşot Paşinyanın oğurlanmasında iştirak edən Qarik Qaleyan “Oğulların çağırışı” ictimai təşkilatının üzvüdür.

Musavat.com

@@TVmusavat/61542@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR