Onlayn ictimai-siyasi qəzet
Ermənistanın "Parlaq Ermənistan" partiyası, Paşinyanın partiyasının Seçki Məcəlləsinə təklif etdiyi dəyişiklikləri tənqid edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda qeyd olunur.
Qeyd edək ki, yeni dəyişiklik fövqəladə və ya hərbi vəziyyət elan edildiyi halda seçki prosesinin dayandırılmasını nəzərdə tutur. Bu dəyişikliyə əsasən, əgər seçki günündən sonra yeddi gün ərzində fövqəladə və ya hərbi vəziyyət elan olunarsa, seçki prosesi avtomatik olaraq dayandırılır və yeni seçkilərin təyin olunması tələb edilir.
Bu dəyişiklik hökumətə səsvermənin ilkin nəticələri məlum olduqdan sonra hərbi və ya fövqəladə vəziyyət elan etməklə artıq keçirilmiş seçkilərin nəticələrini ləğv etmək imkanı verir.
"Parlaq Ermənistan" partiyası isə bu düzəlişi hakimiyyətin öz mənafelərinə xidmət edən bir addım kimi qiymətləndirir. Onların fikrincə, bu dəyişiklik gələcəkdə hakimiyyət üçün arzuolunmaz seçki nəticələrini ləğv etmək məqsədilə antidemokratik alətə çevrilə bilər.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ