Onlayn ictimai-siyasi qəzet
“Biz sülh müqaviləsi bağlamaq üçün əlimizdən gələni edirik”.
Musavat.com xəbər verir ki, bu barədə yerli jurnalistlərlə söhbətində Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan danışıb.
Rubinyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda İstanbulda görüşdüyünü xatırladıb və əlavə edib:
“İndi sülh müqaviləsinin imzalanmasına imkan yaratmaq üçün cəhdlər edilir və biz bu istiqamətdə hər şeyi edirik”.
“Danışıqların hansısa mərhələsində vasitəçiyə ehtiyac ola bilərmi?” sualına Ermənistan parlamentinin vitse-spikeri belə cavab verib:
“Hər şey mümkündür, lakin indiki mərhələdə danışıqlar ikitərəfli xarakter daşıyır. Əvvəldən xarici işlər nazirləri səviyyəsində danışıqların formatı ikitərəfli olub. Danışıqlar zamanı tərəflər özləri də otaqda tək olublar. Formatın nə vaxtsa dəyişəcəyini istisna etmirəm, amma hələlik danışıldığı üzrə gedir. Bu, praqmatizm və praktiklik məsələsidir”.
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ