İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı ayaqda saxlayan quruma rəhbər tapılmır

Gələn ildən Ermənistan Polisini Daxili İşlər Nazirliyi əvəz edəcək. Yeni qurum hələ yaradılmasa da, hakim partiya daxilində nazir vəzifəsinə namizədlər axtarılır.

Maraqlıdır ki, yerli media Nikol Paşinyanın ölkədə bir nömrəli struktur kimi qəbul edilən bu sahəni öz yaxınına belə etibar etmədiyini yazır. Məsələn, "Hraparak" nəşrində dərc edilən məqalədə qeyd edilir ki, baş nazir dostu Vahe Qazaryanı daxili işlər naziri təyin etməyə meylli deyil.

Ermənistan parlamenti Daxili İşlər Nazirliyinin yaradılmasını təsdiqlədi"Ona görə yox ki, Paşinyan ən yaxın dostunun loyallığına, sadiqliyinə şübhə etmir. Sadəcə olaraq o, siyasi xadim deyil. Məhz bu səbəbdən Vahe bu meqa nazirliyə rəhbərlik edə bilmir və hətta necə açıqlamalar verəcəyini, uyğun şəkildə danışmağı belə bilmir. Daxili işlər naziri isə müsahibələr verməli, sual-cavab sessiyalarında iştirak etməli, müəyyən məsələlər haqqında hesabat verməlidir", - qəzet yazıb. Müəllif yazır ki, hətta Paşinyanın komandası utanmadan hakim partiyanın üzvü Armen Pambuxçyanı DİN rəhbəri təyin etməyi planlaşdırır. Hərçənd o da bu bir nömrəli nazirlik üçün yararlı sayılmır.

Qeyd edək ki, yerli media Ermənistan Polisini hər zaman Nikol Paşinyanı ayaq saxlayan qurum adlandırıb. Çünki inqilabla hakimiyyətə gələn Paşinyan uzun müddət əsas güc strukturlarına nəzarət edə bilməyib. Nə ordu, nə məhkəmə sistemi hakim komandanın əlinə işləməyib. Yeni yaranacaq DİN rəhbəri vəzifəsinə isə bir neçə aydır 4 namizədin adı çəkilir. Bunlar Dövlət Nəzarət Xidmətinin rəhbəri Romanos Petrosyan, Armen Pambuxçyan, deputat Armen Xaçatryan və Ermənistan polisinin cari rəhbəri Vaqe Kazaryandır.

Xatırladaq ki, Ermənistan hökuməti noyabrın sonu ölkədə Daxili İşlər Nazirliyinin yaradılması barədə qərar qəbul edib. Nazirliyin tərkibinə üç qurum - Polis Xidməti, Xilasetmə Xidməti və Miqrasiya Xidməti daxil ediləcək. Bununla yanaşı, ölkənin Fövqəladə Hallar Nazirliyinin ləğv ediləcəyi qeyd olunub. Ermənistan hökumətinin sözügedən qərarı artıq parlament tərəfindən təsdiq olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR