Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib.
Musavat.com xəbər verir ki, Paşinyan bu barədə Erməni Demokratiya Forumunda danışıb.
O, Aİ-yə üzvlüklə bağlı referendumun məqsədəuyğunluğu ilə əlaqədar sualı KTMT-dən çıxmaqla bağlı bəyanat tərzində cavablandırıb:
"Erməni xalqının bu ideyanı dəstəkləmədiyini düşünsəm, Avropa İttifaqının buna hazır olduğu qədər Ermənistanın da Aİ-yə yaxın olmağa hazır olduğu barədə bəyanat verməzdim.
İndi problem xalqın fikrini öyrənmək üçün referendum keçirməkdir? Bağışlayın, Ermənistan xalqını təmsil etmək səlahiyyətinə malik bir məmur kimi mən Ermənistan xalqının fikrini bilirəm... referendum, biz bunu nə vaxt keçirəcəyik, insanlar sual verəcəklər - nə vaxt, necə, hansı şərtlərlə, Avropa İttifaqı bunu istəyir, yoxsa yox".
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ