İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Tavuş sakinlərinə: “Mən təkcə suallara cavab verməli deyiləm”

Bu gün Tavuş sakinləri ilə görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan son mətbuat konfransında göstərdiyi Ermənistan xəritəsinin maketini göstərib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Paşinyan “Azadlıq” radiosunun müxbirinin sualını cavablandırarkən deyib: “Deyilməli olan ən mühüm şey həmin gün keçirilən mətbuat konfransında deyilənlər idi: Ermənistanın konturunu mən orada göstərmişəm, burada da göstərmişəm”.

O, əmin edib ki, təxminən 3,5 saat davam edən görüşdə Əskipara, Bağanis və qonşu qəsəbələrin sakinləri öz narahatlıqlarını bölüşüblər və onun videoçəkilişi daha sonra dərc olunacaq. “Bizim yanaşmamız ondan ibarətdir ki, insanlar tərəfindən qaldırılan və cavabsız qalan heç bir sual olmamalıdır. Əgər o cavabsız qalırsa, deməli, bizdə onun qərarı yoxdur”, - deyə Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.

Bugünkü görüşə cavablarla gəlib-gəlmədiyini soruşduqda, baş nazir belə cavab verib: “Bəli, bəzi suallara cavab verdik, amma digər suallara görə birbaşa insanlara dedim ki, mən təkcə suallara cavab verməli deyiləm, həm də suallar toplayıb hökumətə təqdim etmək lazımdır. Elə suallar var idi ki, onların aktuallığını yerindəcə, belə desək, daha emosional və praktik olaraq hiss etdim”.
Yada salaq ki, Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında delimitasiya prosesinin Tavuş bölgəsindən başlaya biləcəyini istisna etməyib. O bildirib ki, yaxın vaxtlarda sərhədyanı kəndlərə baş çəkərək sakinlərə nə və necə düşündüyünü izah etməyi planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR