İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan İrəvanda istədiyinə nail olur  


Ermənistanın hakim komandası İrəvan meri vəzifəsini qoruyub saxlayır.

Musavat.com xəbər verir ki, bu barədə erməni agentlikləri məlumat yayıb.

Xatırladaq ki, İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərin nəticələrinə görə, hakim komanda seçki məntəqələrinə gələnlərin 32%-ni, ümumi seçicilərin 9%-nin səsini toplayaraq uğursuzluğa düçar olmuşdu. Paşinyanın partiyası İrəvanın bələdiyyə məclisində 65 mandatdan sadəcə 24-nü qazana bilmişdi.

Belə şəraitdə hakim partiyanın namizədi Tiqran Avinyan üçün mer vəzifəsini təmin etmək problemə çevilmişdi. Hətta 8 mandatı olan Respublika partiyasının dəstək verməsi halında belə hakim siyasi qüvvə sadəcə 32 mandata sahib olacaqdı. İrəvan meri olmaq üçün isə Avinyana 33 səs lazımdır.

Müxalifətin isə bələdiyyə məclisində Ayk Marutyanın “Milli Tərəqqi”, Andranik Tevanyanın rəhbərlik etdiyi “Ana Ermənistan” bloku və Vardan Qukasyanın “İctimai səs” partiyası ilə birlikdə 33 mandatı var.

Lakin Qarabağda baş verən hadisələr İrəvan merinin seçkiləri ilə bağlı arxa plana keçib. Məlum olub ki, “İctimai səs”dən İrəvan Ağsaqqallar Şurasının ilk iclasına yeddi nəfərdən yalnız beşi gələ biləcək. Siyahının birinci nömrəsi Artak Qalstyan həbsdədir, Tiqran Urixanyan isə Rusiyada axtarışdadır. Beləliklə, müxalifət cəmi 31 səsə sahib ola biləcək. Bununla hakim komanda öz namizədi üçün mer kreslosunu saxlaya bilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR