İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hərbçilərlə görüşdü, çaxır içdi - VİDEO, FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın müşayiəti ilə Yeni il və Milad bayramı münasibətilə hərbi mövqelərə baş çəkib.

Musavat.com bu haqda erməni mediasına istinadən xəbər verir.

Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Paşinyan hərbi qulluqçular və döyüş növbətçiliyi aparan komandirlərlə görüşüb, istehkamlara baxış keçirib və ön cəbhədə görülən mühəndis işləri, eləcə də hərbi personalın yaşayış şəraiti ilə tanış olub.

Nazirlər Kabinetinin rəhbəri xidmət zamanı sədaqət və şücaət göstərmiş bir qrup hərbçini mükafatlanfırıb. O, hərbçilərə təhlükəsiz xidmət arzulayıb. “Xidmətinizə görə hamınıza təşəkkür edirəm və sizə yaxşı xidmət arzulayıram. Siz başa düşməlisiniz ki, bu, asan olmayacaq, biz bu gün çətinliklərdən keçməliyik ki, sabahkı nəsil üçün asan olsun. Bu, bizim taleyimizdir və biz bunu şərəflə, iradə ilə qəbul edib problemlərimizi həll etməliyik. Bizim vəzifəmiz isə güclü dövlətə malik olmaqdır və bu gün bəli, belə bir imkanımız var. Bu, siyasi vəzifədir, biz siyasi rəhbərlik bunu həll etməliyik. Hərbçilər bizdən, biz isə onlardan tələb etməlidir”, - deyən baş nazir hər kəsi qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib.

N.Paşinyan hərbçilərlə badə toqquşduraraq çaxır içib.

Eyni gündə baş nazir İrəvandakı Erablur hərbi panteonuna da baş çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR