Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verdiyi bildirilir. Baş nazir hadisələrdə həyatını itirən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Ermənistan Milli Məclisi Müdafiə komitəsinin sədri Andranik Koçaryan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, Nikol Paşinyan “soyqırımına” aid real əsaslar yaratmaq, “soyqırımına” məruz qalan soydaşların daha obyektiv siyahısının tərtib olunmasını istəyir:
“Paşinyanın məqsədi soyqırımı ilə bağlı “real təməllər” qurmaqdır. Bu, bizim 1,5 milyon soydaşımızın hər birinin ünvanlarını və yerlərini bilmək üçün sadə bir məqsəddir. Həmçinin gələcəkdə qonşularla münasibətlərimizin qurulması üçün çox vacibdir. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilmə olmalıdır. Əgər biz bunu sənədləşdirməsək, qarşı tərəf həmişə deyəcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də”.
O, siyahı tərtib olunandan sonra həmin adamların adlarının Soyqırım Muzeyinin divarlarına həkk edilməsini əlavə edib.
Ancaq hökumətin bu təşəbbüsünü “çox təhlükəli” adlandıranlar da var. Onlar deyir ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.
Baş verənlərlə bağlı konfliktoloq Arif Yunus Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.//Turan.az
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ