İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan delimitasiya prosesindən DANIŞDI

Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının yeni görüşü gözlənilir

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası prosesinin davam etdiriləcəyini açıqlayıb. O, bu barədə "Armenpress" agentliyinə verdiyi müsahibədə məlumat verib.

Paşinyanın sözlərinə görə, hər iki ölkə delimitasiya komissiyalarının reqlamentini ratifikasiya edib ki, bu da prosesi irəlilətməyə şərait yaradır. “Biz konkret və konstruktiv işə köklənmişik. Düşünürəm ki, yaxın vaxtlarda komissiyalar sərhədin hansı hissəsində delimitasiya prosesini davam etdirəcəyimizi müzakirə etmək üçün görüşəcəklər,” - deyə baş nazir qeyd edib.

O, Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirdiyini vurğulayıb və qarşıdakı görüşlərin delimitasiya prosesinin irəliləməsi üçün mühüm addım olacağını bildirib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzun müddətdir gündəmdədir. Bu məsələ iki ölkə arasında sülh sazişinə nail olmaq üçün əsas mövzulardan biri olaraq qalır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR