İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan açıqladı: Əliyevlə bu tarixdə Moskvada görüşəcəm

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərə tutulur.

Musavat.com xəbər verir ki, bu barədə Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Rusiya tərəfinin mayın 25-də Moskvada Əliyev-Putin-Paşinyan formatında üçtərəfli görüşün keçirilməsi təklifini qəbul edib:

"Mühüm addım Brüsseldə Azərbaycan və Ermənistan tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınmasıdır. Bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətnini yekunlaşdırmağa imkan verəcək. Ermənistan tərəflərin suverenliyi və legitimliyi prinsiplərinə əsaslanaraq regionda mümkün qədər tez bir zamanda kommunikasiyaları açmağa hazırdır. Xüsusilə qeyd etməliyəm ki, Brüsseldə dəmir yolunun açılması ilə bağlı müsbət rəy formalaşıb. Ancaq keçmiş təcrübəmi nəzərə alaraq hələlik konkret təfəvvüratlara girməyəcəyəm."

@@TVmusavat/61584@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR