İnsanlara hürriyət, millətlərə istiqlal!

Panamada limanları ABŞ-a satan şirkət satqın elan olundu

Çin rəsmiləri Honkonq konqlomeratı "CK Hutchison"u liman aktivlərini Amerikanın "BlackRock" şirkətinin iştirakçı olduğu konsorsiuma satmağı nəzərdə tutan razılaşma haqqında "yenidən düşünməyə" çağırıblar.

Musavat.com xəbər verir ki, məlumatı "Financial Times" yayıb.

Bildirilir ki, Çinin rəsmi mətbuatı Honkonq qəzetində Ta Kung Pao-nun Vaşinqtonu “murdar vasitələrlə” razılaşmaya lobbiçilik etdiyinə görə tənqid edən köşə yazısını yenidən dərc edib.

Pao yazır ki, sövdələşmə Çinin yükdaşıma və ticarətini məhdudlaşdıracaq, tənqidçilər onu “şəxsi mənfəət naminə düzgünlüyü satan və milli maraqları nəzərə almayan bir hərəkət, bütün Çin xalqına xəyanət edən və satan bir hərəkət” adlandırırlar.

Martın əvvəlində məlum olub ki, "CK Hutchison" 23 ölkədə 43 limanı idarə edən, operatorlar və developerlərində pay sahibi olan "Hutchison Ports" holdinqinin 80 faizinin sahibi olan şirkətləri 14,2 milyard dollara satmaq barədə ilkin razılığa gəlib. Bundan əlavə, "BlackRock"un da daxil olduğu konsorsium Panamada iki limana sahib olan və onu idarə edən Panama Ports şirkətinin səhmlərinin 90 faizini alacaq.

ABŞ prezidenti Donald Tramp bu xəbərdən sonra Konqresə müraciətində Vaşinqtonun Panama kanalına nəzarəti bərpa etmək üçün addımlar atmağa başladığını bildirib:

"Mənim administrasiyam Panama kanalını geri alacaq və biz artıq buna başlamışıq.

Bu gün böyük bir şirkət Panama kanalı yaxınlığındakı hər iki limanı satın aldığını elan etdi".

"Financial Times BlackRock"un baş direktoru Larry Finkin sövdələşməyə dəstəyi təmin etmək üçün Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri, o cümlədən prezidentin özü və dövlət katibi Marko Rubio ilə əlaqə saxladığını yazır.

Tramp prezident kimi fəaliyyətə başladığı gün kanala nəzarəti ABŞ-a qaytaracağına söz verib. Onun fikrincə, Panama hakimiyyəti kanalın idarə olunmasında öz öhdəliklərini yerinə yetirmir və onu Çin idarə edir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekinin nəqliyyat arteriyasına nəzarət etdiyini təkzib edib. Panama prezidenti Xose Raul Mulino da qeyd edib ki, “kanal Panamadır və Panama olaraq qalacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR