İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünə seçki eksperti deyən Anar Məmmədli: O, kimlərə xidmət edir?- SENSASİON FAKTLAR

Sabah Azərbaycanda prezident seçkisi keçiriləcək. Bu, Zəfərimizdən sonra ilk seçkidir ki, bütün Azərbaycan ərazisini əhatə edəcək. Ona görə də önəmlidir və keçirilən sorğudan belə görünür ki, yaşı uyğun olan hər kəs seçkidə iştirak edəcək.

Ancaq hər zaman olduğu kimi yenə də seçkini gözdən salmaq, Qərbin tapşırığı ilə addım atıb, qarayaxma kampaniyası aparanlar var.

Bunlardan biri də özünə seçki eksperti deyən Anar Məmmədlidir.

Bəs Anar Məmmədli kimdir və kimlər üçün çalışır?

Anar_Mammadli_VOA_cropped.jpg (202 KB)

Kiçik araşdırmamız nəticəsində öyrəndik ki, A.Məmmədlinin əvvəllər AXCP sədri Əli Kərimli ilə yaxın münasibətləri olub. Belə ki, onun rəhbərlik etdiyi “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDTM) keçirdiyi monitorinq və müşahidələrdə AXCP gənclər təşkilatının üzvləri iştirak ediblər.

SMDTM 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara ötürüb.

SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), "German Marşal" fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib.

2020-ci ildə məhz ABŞ donorlarının maddi dəstəyi ilə ABŞ-ın Serakuz Universitetinin Maksvel Məktəbinin İctimai İdarəçilik ixtisası üzrə magistr dərəcəsini bitirib.

8528da8ab14af82d195bca0dd46d1290.jpeg (190 KB)

Anar Məmmədli həbs həyatı da yaşayıb və Prezidentin fərmanı ilə azadlığa buraxılıb. Belə ki, AR Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən A.Məmmədli barəsində vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla sui-istifadə edərək mütəşəkkil dəstə tərkibində külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktı üzrə toplanmış materiallar əsasında 29 oktyabr 2013-cü il tarixdə AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb və o, 5 il 6 ay azadlıqdan məhrum olnub. Ancaq Prezidentin 17.03.2016-cı il tarixli əfv sərəncamı ilə həbsdən azad edilib.

Anar Məmmədli məhz 2013-cü ildə keçirilən Prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən həbs olunsa da, azadlığa buraxıldıqdan sonra köhnə fəaliyyətindən əl çəlməyib.

Belə ki, A.Məmmədlinin rəhbərlik etdiyi SMDTM tərəfindən AR-də keçirilmiş 2018-ci il Prezident, 2019-cu il bələdiyə, eləcə də 2020-ci ildə keçirilmiş parlament seçkilərinin müşahidəsi aparılıb. Bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim olunub.

secki-poll.jpg (27 KB)

Hazırda SMDTM-in fəaliyyəti ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi” (USAİD), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDİ), Çexiyanın “Prague Civil Society Center” təşkilatları tərəfindən maliyyələşdirilir.

07 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkiləri çərçivəsində Anar Məmmədli aktiv iş həyata keçirməyə çalışır. Xarici donorlara əksər dairələrdə iş aparacağını bildirsə də, cəmi 50-60 müşahidəçi toplaya bilib. Bu da gənclərin artıq Anar Məmmədlinin pul qazanmaq üçün həyata keçirdiyi ucuz şoularının iştirakçısı olmaq istəməməsindən irəli gəlir.

Müşahidəçi kimi cəlb edilmiş şəxslər arasında maddi imkanları zəif şəxslər üstünlük təşkil edir. Anar Məmmədli hər müşahidəçi üçün xarici donorlardan külli miqdarda pul alsa da, müşahidəçilərə 40-50 manat pul verir və qalan vəsaiti mənimsəyir.

Qafar Səfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR