İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəl Tibb Müəssisələri Assosiasiyasının saytı işə başlayıb

Özəl Tibb Müəssisələri Assosiasiyanın saytı (https://otma.az/ ) istifadəyə verilib.

Saytın yaradılmasında məqsəd müasir informasiya texnologiyalarından istifadə etməklə Assosiasiyanın fəaliyyəti barədə əhalini məlumatılandırmaqdır.

Otma.az saytının “Haqqımızda” bölməsində Assosiasiyanın missiyası və məqsədi, fəaliyyət istiqamətləri və İdarə Heyəti barədə ətraflı məlumatlar verilib. “Xəbərlər” bölməsində Özəl Tibb Müəssisələri Assosiasiyasının keçirdiyi tədbirlər və icra etdiyi layihələr haqqında məlumatlarla tanış olmaq mümkündür. Həmçinin, saytın “Üzvlük”, “Qalereya”, “və “Əlaqə” bölmələri mövcuddur.

Assosiasiyanın missiyası Azərbaycanda əhalinin sağlamlığının qorunması naminə özəl tibb sektorunun inkişafına dəstək olmaq və tibb xidmətini müasir dünya standartlarına çatdırmaqdır. Bundan əlavə məqsəd assosiasiya üzvlərinin hüquq və qanuni maraqlarını qorumaq və qarşılıqlı əməkdaşlıq əlaqələrini qurmaqdır.

Özəl Tibb Müəssisələri Assosiasiyası haqqında daha ətraflı məlumatları https://otma.az/ saytından əldə edə bilərsiniz.

875d5297-4c3c-4901-bc48-77a8cb7ee497.jpg (99 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR