İnsanlara hürriyət, millətlərə istiqlal!

Özcanın bacısını şantaj etdiyi videoda nələr var idi?

Türkiyəli aktyor və müğənni Özcan Dənizin ailəsindəki qalmaqal bitmək bilmir.

Müğənni bir müddət əvvəl bacısını təhdid etmiş, onun sevgili olduğu evli kişi ilə bağlı video hazırladığını demişdi.

Onun bacısı Yurda Gülərə qarşı işlətdiyi "Sənin üçün hazırladığım video və birlikdə olduğun evli kişi hələ də oradadır" sözlərinin pərdə arxası ortaya çıxıb.

Özcan Dənizin kiçik bacısı Sibel Semerci "Əziz qardaşımın gözəl həyat yoldaşı Səmər Dədgərlə illər əvvəl yaşanan bütün anlaşılmazlıqlar və çətinliklər çoxdan həll olunub. Onun adı çəkilən şəxslə heç bir əlaqəsi yoxdur, o, son dərəcə nəzakətli və mülayim insandır. Bunu eşitmək tamamilə insanlıqdan kənardır. Onun televiziya proqramlarında iranlı olması sanki cinayət və ya iyrənc bir vəziyyətdir. Mən bunu uzaq bir vəziyyət kimi görürəm və qardaşımı və qardaşım oğlunu sevindirən qadının kim olmasından asılı olmayaraq, bu, qəbuledilməzdir. Onun ailəmizin qəlbində həmişə yeri olacaq.

Bacım bütün ailəsini münasibətdə olduğu adama qoyub iki il əvvəl Kuşadasına köçdü. Təfərrüata varmayacağam, onun həyatı və verdiyi qərarlar yalnız ona aiddir, amma çox əlamətdardır ki, o, iki ildən sonra ailəsindən məşhur bir adam seçib, onu aşağı səviyyədə təhqir edib və bu, təkcə mənim qardaşımı deyil amma bütün ailəmiz çətin vəziyyətdədir. Onun dediyi bu açıqlama illərlə bizi böyüdən və qoruyan qardaşımı lap çox sarsıtdı".

O bildirib ki, Özcana bacısı haqda video paylaşmağa imkan verməyib:

"Özcanın Yurda Gülərə cavab olaraq yazdıqlarını oxuyanda qardaşımın tərəfinə keçdik. Axşam edəcəyi postu dayandırmaq üçün mən və onunla birlikdə olan bütün fanatlar onu blokladıq. Onun paylaşacağı video, düşünüldüyü kimi, bacımın və onun birlikdə olduğu insanla bağlı şantaj videosu deyil. Özcan Dəniz kimi ictimai xadimin belə bir şey edə biləcəyini ancaq bədxahlar düşünərdi. Qardaşımın dərcinə mane olduğumuz video onun bütün yaradıcılığı və sənəti ilə vida videosu idi. Bəli, o, bütün karyerasını bir gecədə bitirəcəkdi"./axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR