Onlayn ictimai-siyasi qəzet
31 may - 2 iyun tarixlərində Özbəkistanın Xivə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində "Davamlı və dayanıqlı turizm sənayesinin inkişafı" mövzusunda Turizm Nazirlərinin 12-ci konfransı keçirilib.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, iclasda Azərbaycanı agentliyin nümayəndə heyəti təmsil edib.
Konfrans çərçivəsində İƏT-ə üzv ölkələrin yüksək vəzifəli şəxslərinin iclası baş tutub.
Həmçinin iyunun 2-də Nazirlər Konfransı keçirilib və sədrlik Özbəkistana təhvil verilib.
Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu ilin ilk 4 ayı ərzində Azərbaycana gələnlərin 43 faizinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları olduğunu bildirərək İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində turizm sahəsində əlaqələrin genişləndiyini qeyd edib. O, həmçinin ölkəmizin geniş turizm potensialına sahib olduğunu və dövlət tərəfindən bu sektorun inkişafına xüsusi diqqət ayrıldığını vurğulayaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlət tərəfindən turizm potensialının, o cümlədən İslam irsinin bərpası üçün mühüm addımlar atıldığını bildirib.
Kənan Quluzadə bu ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməsi haqqında məlumat verərək, tədbirin iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdən əlavə, turizmə təsir və töhfələri baxımından vacibliyinə diqqəti çəkib.
Tədbir zamanı 2025-ci il üçün Seneqalın Darak, 2026-cı il üçün Misirin Qahirə və 2027-ci il üçün isə Pakistanın Lahor şəhərləri İslam Dünyasının Turizm şəhərləri seçilib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ