İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda Hindistan şərbətindən 65 uşaq ölübmüş - 20 demişdilər

Özbəkistanda Hindistanın “Marion Biotech” şirkətinin istehsal etdiyi şərbəti içərək ölən uşaqların sayı 65 imiş.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, “Doc-1 Max” şərbətindən baş verən uşaq ölümləri ilə bağlı cinayət işi üzrə ittiham aktında məhz bu rəqəm qeyd olunur.

Səlahiyyətlilər tərəfindən bildirilən son ölüm sayı 20 idi. Bu rəqəm yanvarın əvvəlində açıqlanıb. O vaxtdan bəri ölənlərin sayı açıqlanmırdı.

Dekabrın sonunda Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti Doc-1 Max şərbətinin qəbulundan sonra uşaqların ölümü və idxalçı "Quramax Medical" şirkətinin və Dərmanların Standartlaşdırılması Elmi Mərkəzinin vəzifəli şəxslərinin saxlanması ilə bağlı cinayət işinin başlandığını elan edib və “Marion Biotech” məhsullarının satışı dayandırılıb.

Fevralda məlum olub ki, Əczaçılıq Agentliyinin və Dərman Vasitələrinin Ekspertizası və Standartlaşdırılması Mərkəzinin sabiq rəhbəri Sərdor Kariyev də həbs edilib. O vaxtdan bəri hüquq-mühafizə orqanları işin vəziyyəti ilə bağlı məlumat verməyib.

"Röyters" agentliyinin məlumatına görə, “Marion Biotech” öz məhsullarında maye yuyucu vasitələr, antifrizlər, boyalar və digər məhsullarda istifadə olunan zəhərli material olan sənaye dərəcəli propilen qlikoldan istifadə etmiş ola bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR