Onlayn ictimai-siyasi qəzet
“Uzbekistan Airways” milli aviaşirkəti Avropaya uçuş marşrutlarını dəyişərək, Rusiya və Belarusun hava məkanından yan ötməyi üstün tutub.
Musavat.com “Daryo” portlına istinadla xəbər verir ki, yanvarın 20-dən şirkətin təyyarələri Azərbaycan və Türkiyə ərazisindən keçəcək.
Aviaşirkətin mətbuat xidməti aydınlaşdırıb ki, marşrutun dəyişdirilməsi ehtiyat tədbirləri və logistikanın optimallaşdırılması ilə bağlıdır. Eyni zamanda, Repost.uz saytı bildirir ki, dəyişikliklərin dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində baş vermiş "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə heç bir əlaqəsi yoxdur.
Bundan əvvəl, yanvarın əvvəlində Özbəkistanın digər aviaşirkəti “Qanot Sharq” Moskva, Sankt-Peterburq və Nijni Novqoroda uçuşları dayandırıb və bunu “istehsal zərurəti” ilə izah edib.
Musavat.com
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ