İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan mənzil alarkən nağd pula qadağa qoymaq istəyir

Özbəkistan hakimiyyəti hər hansı daşınmaz əmlak əməliyyatında nağd puldan istifadəni qadağan etməyi planlaşdırır – bütün ödənişlər yalnız banklar vasitəsilə həyata keçirilməli olacaq.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bunu Senatın iclasında Vergilər Komitəsi sədrinin birinci müavini Mubin Mirzəyev bildirib.

Onun sözlərinə görə, yeni qanun layihəsi daşınmaz əmlak bazarını daha şəffaf edəcək və “kölgə” sxemlərinin sayını azaldacaq.

“Bir çox ölkələr 2030-cu ilə qədər tamamilə nağdsız ödənişlərə keçməyə çalışır. Biz ən böyük sahələrdən biri kimi daşınmaz əmlakdan başlayırıq”, - Mirzəyev bildirib.

Layihə artıq nazirliklərlə razılaşdırılaraq Prezident Administrasiyasına təqdim edilib. Qəbul olunarsa, bütün mənzil əməliyyatları yalnız nağdsız qaydada - bank hesabları vasitəsilə ödəniləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR