İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Türkiyəyə 494 min əcnəbi gəlib, 140 min türk ölkədən gedib

 

Keçən il xarici ölkələrdən Türkiyəyə köç edənlərin sayı 494 min 52 nəfər olub.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, miqrant əhalinin 52,9 faizini kişilər, 47,1 faizini isə qadınlar təşkil edib. Xaricdən gələn əhalinin 94 409 nəfəri Türkiyə vətəndaşı, 399 643 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.

Türkiyədən xaricə miqrasiya edənlərin sayı 2022-ci ildə əvvəlki ilə nisbətən yüzdə 62,3 faiz artaraq 466 min 914 nəfərə çatıb. Miqrant əhalinin 55,7 faizini kişilər, 44,3 faizini isə qadınlar təşkil edib.

Türkiyədən xaricə gedən əhalinin 139 min 531 nəfərini Türkiyə vətəndaşı, 327 min 383 nəfərini isə xarici ölkə vətəndaşları təşkil edib. 2021-ci ildə Türkiyəni tərk edən Türkiyə vətəndaşlarının sayı 103 min 613 nəfər olub.

2022-ci ildə Türkiyəyə miqrasiya edənlərin yaş qrupu təhlil edildikdə, ən çox immiqrantların 25-29 yaş qrupunda (12 faiz) olduğu görülür. Bu yaş qrupunu 11,7 faizlə 20-24 yaş qrupu və yüzdə 11,3 faizlə 30-34 yaş qrupu izləyir.

2022-ci ildə Türkiyəyə gələn immiqrantların vilayətlərə görə bölgüsü təhlil edildikdə, İstanbulun yüzdə 35,4 faizlə ilə ən çox mühacirin gəldiyi vilayət olduğu görülür. Onu 14,8 faizlə Antalya, yüzdə 5,4 ilə Ankara, 3,9 faizlə Bursa və 3,8 faizlə Mersin təqib edib.

Türkiyədən köç edən əhalinin vilayətlər üzrə bölgüsünd, İstanbulun 39,5 faizlə birincidir. Daha sonra 9,8 faizlə Ankara, 6,7 faizlə Antalya, 3,4 faizlə Samsun və 3 faizlə İzmir gəir.

2022-ci ildə Türkiyəyə gələn xarici ölkə vətəndaşları arasında 25 faizlə Rusiya Federasiyası vətəndaşları birinci yeri tutub. Rusiya Federasiyasını 8,1 faizlə Ukrayna, 6,5 faizlə İran, 5,4 faizlə Əfqanıstan və 4,8 faizlə İraq izləyib.

Türkiyədən köçən əcnəbilər arasında İraq vətəndaşları birincidir (20 faiz). Daha sonrakı yerlərdə İran, Özbəkistan, Əfqanıstan və  Türkmənistandır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR