İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il İstanbulda inflyasiya 75 faizə yaxın olub

Türkiyənin paytaxtı İstanbulda 2023-cü ildə 74,88 faizlik inflyasiya qeydə alınıb. İstanbul Ticarət Palatasının məlumatına görə, bu, Mərkəzi Bankın proqnozlaşdırdığı rəqəmdən təxminən 10 faiz çoxdur.

Çoxmilyonlu əhalisi olan İstanbulda qiymət səviyyəsi Türkiyə üçün bütövlükdə ölkə iqtisadiyyatındakı vəziyyətin mühüm göstəricisi hesab olunur. Çünki bu şəhərdə və bütün İstanbul bölgəsində çoxlu sayda istehsal və logistika obyektləri yerləşir.

Ötən il ərzində İstanbulda pərakəndə satış qiymətləri 74,88 faiz, topdansatış qiymətləri isə 62,77 faiz artıb. Üstəlik, təkcə dekabr ayında məhsul və xidmətlərin dəyəri orta hesabla 3,52 faiz artıb. Ən çox (5,15 faiz) səhiyyə və fərdi qulluq məhsullarının qiymətləri artıb. Mədəniyyət tədbirlərinin, təhsilin və əyləncənin qiymətləri 5,1 faiz artıb. Dekabrda ərzaq qiymətləri 4,9 faiz, mənzil qiymətləri 2,46 faiz bahalaşıb.

Dekabrda Türkiyə Mərkəzi Bankı maliyyə bazarlarının nümayəndələri arasında sorğu keçirib. Onun nəticələrinə əsasən, 2023-cü ilin sonunda respublikada inflyasiyanın 65,39 faiz olacağı proqnozlaşdırılıb. Türkiyədə ilin yekununda iqtisadi artımın 4,22 təşkil edəcəyi gözlənilir. Bütün bunların fonunda dekabrın sonunda Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə - 145,4 milyard dollara çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR