İnsanlara hürriyət, millətlərə istiqlal!

Öskürək əleyhinə siropla bağlı qalmaqal

Qambiyada Hindistan istehsalı olan öskürək siropu içən onlarla uşaq öldükdən sonra ailələr səhiyyə qurumlarının cəzalandırması üçün mübarizə aparır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, öskürək siroplarında zəhərli maddələr "qəbuledilməz" səviyyədə olub.

Öskürək siroplarının tərkibindəki toksinlərin ölümlərə səbəb olduğu iddia edilsə də, istehsalçı şirkət ittihamları rədd edir. BBC-nin Hindistan müxbiri Vineet Khare bu iki ölkədə övladlarını itirmiş ailələrlə danışıb.

Qambiyada yaşayan Ebrima Sajnia ötən ilin sentyabrında 3 yaşlı oğlunun gözləri qarşısında yavaş ölümünün şahidi olub. Sajnianın oğlu Lamin bir neçə həftə sonra uşaq bağçasına başlamağa hazırlaşarkən qızdırması qalxmışdı. Paytaxt Banjulda yerli sağlamlıq mərkəzinin həkimi Laminə öskürək siropu da daxil olmaqla bəzi dərmanlar təyin edib.

Ana etiraz edən oğluna sağaltmaq üçün öskürək siropu içməyə məcbur etdiyini xatırlayır. Siropu içdikdən bir neçə gün sonra Laminin səhhəti getdikcə pisləşib. Yemək yeyə bilməyən və sidiyə çıxa bilməyən uşaq xəstəxanaya aparılıb.

Həkimlərin böyrəklərinin zədələnməsi diaqnozu qoyduğu Lamin 7 gün sonra dünyasını dəyişib. Lamin Qambiyada keçən ilin iyul-oktyabr aylarında Hindistanın “Maiden Pharmaceuticals” əczaçılıq şirkəti tərəfindən istehsal olunan öskürək siropunu içdikdən sonra kəskin böyrək xəstəliklərindən vəfat edən 70 uşaqdan biridir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin oktyabr ayında verdiyi açıqlamada bu öskürək siroplarında ölümlə əlaqəli "qəbuledilməz" zəhərli maddələrin aşkar edilməsi ilə bağlı xəbərdarlıq da edib. Qambiya Assambleyasının nümayəndə heyəti tərəfindən aparılan rəsmi araşdırmada ölümlər öskürək siropu içməklə əlaqələndirilib.

Həm “Maiden Pharmaceuticals”, həm də Hindistan hökuməti bu iddianı təkzib edib. Dekabr ayında Hindistan səlahiyyətliləri ölkədə sınaqdan keçirilmiş bu şərbətlərin keyfiyyət standartlarına cavab verdiyini iddia etdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR