İnsanlara hürriyət, millətlərə istiqlal!

Ortadan bölünən maşınından burnu belə qanamadan çıxdı - VİDEO

Mingəçevirdə baş vermiş yol qəzasında avtomobil bir neçə yerə bölünsə də, sürücü heç bir xəsarət almayıb.

Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə aprelin 21-nə keçən gecə qeydə alınıb. 2003-cü il təvəllüdlü Elbrus Mansur oğlu Süleymanovun Mingəçevirdən Yevlax istiqamətində idarə etdiyi 62 BN 987 nömrə nişanlı "VAZ 21015" markalı maşın işıq dirəyinə çırpılıb. Daha sonra isə Nəsimi parkı ərazisinə daxil olub.

Hadisədən sonra xəstəxanaya aparılan 21 yaşlı sürücüdə hər hansı xəsarət olmadığından o evə buraxılıb.

Bundan sonra qəza yerinə gələn Elbrus video çəkərək paylaşıb və qəzadan xəsarətsiz, sağ çıxmasına çoxlarının inanmadığını deyib.

Həmin görüntüləri təqdim edirik:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR