İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oreşnik” hücumu və Gerasimovun Pentaqona GİZLİ ZƏNGİ - DETALLAR AÇIQLANDI

Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimov Dneprə edilən "Oreşnik" hücumundan sonra ABŞ ordusunun rəhbəri Çarlz Braunla əlaqə saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Braunun mətbuat katibinin verdiyi məlumata görə, telefon danışığı 27 noyabr tarixində, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Lakin Gerasimov telefon danışığı barədə əvvəlcədən məlumat verilməməsi ilə bağlı xüsusi xahiş edib.

Söhbət zamanı Gerasimov Brauna bildirib ki, "Oreşnik" əməliyyatının işə salınması ABŞ-ın Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücum icazəsi verməsindən çox əvvəl planlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR