İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuzun Laçın şəhərinə yerləşməsi diplomatik qələbəmizdir - deputat

“Azərbaycan xalqını təbrik edirəm. Hər bir addımda dövlətimizin suverenliyi, ərazi bütövlüyü, xalqın rifahı ən mühüm məsələdir. Ermənilər ciddi-cəhdlə buna mane olmaq istədilər, lakin bir daha əmin oldular ki, Azərbaycan qətiyyətini göstərdi və göstərməyə davam edəcək. Prezident İlham Əliyevin “Twitter” səhifəsində bunu elan etməsi bizi gələcək qələbələrə aparacaq və qarşımıza qoyduğumuz məsələlərin həllinə töhfə kimi yadda qalacaq”.

Bu fikirləri Musavat.com-a millət vəkili Arzu Nağıyev bildirib.

O, Laçın və ətraf kəndlər olan Zabux və Susun Azərbaycanın ən strateji məntəqələri olduğunu, yenidən Azərbaycan ordusunun nəzarətinə keçməsini diplomatik qələbə kimi dəyərləndirib: “Azərbaycanın ən strateji məntəqələrindən olan Laçın və ətraf kəndlər - Zabux, Susun yenidən Azərbaycan ordusunun nəzarətinə keçməsi əhəmiyyətli hadisədir. 10 Noyabr sazişinə uyğun olaraq dəhlizin alternativ yolla əvəz olunması Azərbaycanın qarşısına qoyduğu əsas məqsədlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrin dislokasiya edilməsi Azərbaycanın həm hərbi, həm də diplomatik qələbəsi kimi dəyərləndirilməlidir”.

Millət vəkili avqustun 31-də Avropa İttifaqının dəstəyi ilə Brüsseldə Azərbaycan prezidenti, Aİ Şurasının sədri və Ermənistanın baş naziri arasında gözlənilən görüşü, eyni zamanda Ermənistan və Azərbaycan arasında demarkasiya və sərhəd təhlükəsizliyi komissiyalarının Moskvada keçiriləcək iclasına dair şərh də verib: “Düşünürəm ki, gözlənilən görüş və iclas sülh sazişi üçün atılan addımlardır. Ermənistan hökuməti status, Zəngəzur dəhlizi, müxtəlif keçidlərlə bağlı problemləri ortaya atdı. Onlar düşünürdülər ki, status-kvonu saxlamağa cəhd etməklə nəyəsə nail ola bilərlər. Zaman və proseslər göstərdi ki, biz diktə edən, qalib tərəfik. Biz heç bir beynəlxalq qanunu pozmuruq. Ermənilər insan haqlarından danışaraq bizi günahlandırmağa çalışırlar, lakin onların heç bir əsası yoxdur. Biz hər şeyi zamanında və qanun çərçivəsində edirik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR