İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban seçkilərdən sonra Gürcüstanda

Macarıstanın baş naziri Viktor Orban hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərindən sonra Gürcüstana səfər edib.

“Macarıstanın baş nazirinin Gürcüstana səfəri çox aydın dəstəkdir... Biz, əlbəttə ki, bu səfərə böyük əhəmiyyət veririk. Çünki bu, “Gürcü Arzusu”nun əldə etdiyi mühüm qələbənin etirafıdır”, - Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə deyib.

O, Macarıstanla sıx əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

“Strateji tərəfdaşlarla, Avropa İttifaqı və Aİ-yə üzv dövlətlərlə əməkdaşlıq çox vacibdir... Ümid edirik ki, bu səfər bizimlə Avropa İttifaqı ölkələri arasında münasibətlərin dərinləşməsinə kömək edəcək”, - Davitaşvili bildirib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Orban Macarıstanın baş naziri kimi Gürcüstana səfər edir, o, Avropa İttifaqını təmsil etmir.

Orban “Gürcü Arzusu”nu növbəti parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edən ilk şəxs olub. Bu gün Gürcüstanın Qərblə münasibətləri gərgindir. Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında və konspirasiya nəzəriyyələrinin yayılmasında ittiham edir.

Qeyd edək ki, hakim “Gürcü arzusu” partiyası parlament seçkilərində 53,93 faiz səs qazanıb. Parlamentə daxil olan hər dörd müxalifət qüvvəsi, onları dəstəkləyən QHT-lər və Gürcüstan prezidenti Salome Zurabişvili saxtakarlıq iddia edərək, bu nəticələri tanımaqdan imtina ediblər.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR