İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK+ daxilində hasilatın azaldılması müddətinin uzadılması ilə bağlı danışıqlar aparılır  


OPEC+ razılaşması iştirakçıları neft hasilatına qoyulan məhdudiyyətlərin 2025-ci ilə qədər uzadılması üzrə razılığın əldə edilməsinə yönəlmiş qeyri-rəsmi danışıqları davam etdirir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı hazırda tərəfdaşları ilə neft hasilatına qoyulan məhdudiyyətlərin 2024-cü ilin ikinci yarısında gündə təxminən 2 milyon barel uzadılmasını müzakirə edir. Müvafiq müqavilə iyunun 2-də keçiriləcək onlayn görüş zamanı imzalanmalıdır.

Xatırladaq ki, OPEC+ ABŞ-dan şist nefti ixracının artması fonunda hasilatı azaldıb: bu yolla alyans “qara qızıl”ın qiymətini dəstəkləmək istəyir. Ekspertlər razılaşmanın uzadılmasını gözləyirlər.
Həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatı(OPEK) və onun tərəfdaşları 2025-ci ildə nə edəcəyinə qərar verməli olacaqlar. Bildirilir ki, BƏƏ və ya Qazaxıstan kimi bəzi oyunçuların hasilatı artırmaq imkanları ola bilər. İraq və daha bir neçə ölkə isə hasilatın azaldılması müddətinin uzadılmasına qarşıdılar. Bu səbəbdən Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi OPEK+ alyansında hasilatın azaldılması müddətinin artırılmasına dair qərarla bağlı konsensus əldə etmək çətin görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR