İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onun vəfatı mənə travma yaşadır”

"Atam Ramiz Novruz, Telman Adıgözəlov, Arif Quliyev kimi sənətkarların həyatdan köçməsinə inanmıram. Nəyəsə görə hər zaman elə bir təəssürat yaranırdı ki, onlar 80-90 il yaşaya bilərlər. Onların gözlənilməz vəfatı insanlara travma yaşatdı".

Bu sözləri aktyor Cavidan Novruz qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.

Sənətçi bildirib ki, atası Ramiz Novruzla dost olub:

"Bu günə kimi atamın dünyasını dəyişməsi mənə travma yaşadır. Mən Allaha üsyan etmirəm. Amma bununla, eyni zamanda barışa bilmirəm. O, biraz pis ata olsaydı, bu qədər bizə təsir etməzdi. Atam bizimlə münasibətlərdə başqa cür idi. Atam mənim atam yox, dostum idi. Atamın yoxluğunun bir ili tamam oldu. Əvvəllər onun haqda danışanda ağlayırdım. İndi isə atam haqda danışanda yalnız gülməli əhvalatlarını danışıram. Pozitivə köklənmək lazımdır ki, onun ruhu da şad olsun".
Qeyd edək ki, Ramiz Novruz ötən ilin fevralın 20-si uzun sürən mədə xərçəngindən müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib./bizim.media

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR