İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onların melodiyası ilə rəqs etməyək!” - FOTO

Macarıstanın hakim “Fides” partiyasının Avropa Komissiyasının sədri Ursula fon der Leyeni xoşagəlməz vəziyyətə salan reklam lövhələri yerləşdirdiyi deyilir.

Musavat.com xəbər verir ki, Avropa Komissiyasının sədri ilk dəfə seçki kampaniyasında şəxsi hədəfə çevrilib.

Avropa Parlamenti seçki kampaniyasının başlanmasına həsr olunmuş reklam lövhələrində liberal maliyyəçi Corc Sorosun oğlu Aleks Sorosla yanaşı, fon der Leyenin də nümayişi göstərilir.

“Gəlin, onların melodiyası ilə rəqs etməyək” - həmin plakatlarda belə bir şüar yazılıb.

Qeyd edək ki, hələ 2019-cu ildə Ursula fon der Leyenin sələfi Jan-Klod Yunkerin böyük Sorosun yanında təsvir olunduğu oxşar reklam lövhələri ciddi təpki çəkmişdi. Avropa Parlamentindəki əsas siyasi qüvvə sayılan Avropa Xalq Partiyası “Fides”ı ixrac etməklə hədələdikdən sonra həmin lövhələr yığışdırılmışdı. Lakin cəmi iki il sonra Macarıstanın hakim partiyası Avropa Xalq Partiyasının sıralarını tərk etmişdi.

Baş nazir Viktor Orbanın sözlərinə görə, Macarıstan Brüsseldə inşa edilən hazırkı Avropa modelinə “yox” deməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR