Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı liderləri ABŞ və Rusiya prezidentlərinin Alyaskada keçiriləcək sammitində Ukrayna lideri Volodimir Zelenskinin iştirakını təmin etməyə çalışırlar.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Mövcud məqsəd – 15 avqustda Alyaskada keçiriləcək danışıqlar masasında Ukrayna prezidenti Volodimir Zelenski üçün yer təmin etməkdir”, - xəbərdə qeyd olunur.
Məlumata əsasən, Avropa liderləri 15 avqust sammitinə dəvət almayıblar, buna görə də “çox vaxtı bir-birləri ilə danışmaqla keçirirlər”. Xüsusilə, Aİ xarici işlər nazirləri Ukraynanın XİN rəhbəri
xarici işlər naziri Andrey Sibiqanın da iştirak edəcəyi təcili “Zoom” iclası keçirəcəklər.
15 avqustda Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın görüşü baş tutacaq. Görüşün əsas mövzusu Rusiya–Ukrayna münaqişəsinin həlli olacaq.
Zelenskiyə rəsmi dəvət göndərilməsə də, CNN onun Alyaskada olacağını bildirib. Lakin Rusiya və Ukrayna liderlərinin mümkün görüşü barədə rəsmi açıqlama verilməyib.
Musavat.com
12 Avqust 2025
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ