Onlayn ictimai-siyasi qəzet
1 sentyabr Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar və həbs edilmiş şəxslər hər bir Azərbaycan vətəndaşı kimi seçki hüquqlarından istifadə edirlər.
Musavat.com xəbər verir ki, bu məqsədlə ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, cəzaçəkmə müəssisələrində də sərbəst seçimi təmin edəcək əlverişli seçki mühiti yaradılıb. Seçki məntəqələri zəruri avadanlıqlar və texniki vasitələrlə təchiz olunub. Səsvermənin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur.
Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.
Bundan əlavə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların da səs vermələri üçün bütün zəruri tədbirlər görülüb və əsgərlər yaradılmış məntəqələrdə öz seçki hüquqlarından istifadə edirlər.
Səsvermə prosesi müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələri tərəfindən izlənilir.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ