Onlayn ictimai-siyasi qəzet
Hazırda muzdlu işçilərin sayı 1 milyon 748 min nəfərdir. Bunun 899 mini dövlət, 849 mini isə özəl sektorun payına düşür. Göründüyü kimi, dövlət sektoru iş yerlərinin sayında öndədir.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin iyunun 3-də keçirilən iclasında “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, məqsəd özəl sektorun payının artırılmasına nail olmaqdır:
“Birmənalı şəkildə özəl sektora yeni iş yerlərinin artırılması üçün şərait yaratmaq lazımdır. Dövlət büdcəsi daha çox həssas qrupların maliyyələşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, özəl sektor dövlət sektoruna uduzur”.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ