İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 161 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 70, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 49, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 6 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 951 443, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 493, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 118, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 763 təşkil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR