İnsanlara hürriyət, millətlərə istiqlal!

Oliqarxlar Putindən onun “kəlləsini” istəyirlər

 Qərbin “Polad Elvira” dediyi Mərkəzi Bank rəhbərindən Rusiya prezidentinə şikayət artıb, onun işdən uzaqlaşdırılmasını kimlər və niyə istəyirlər?    

 Bir müddətdir ki, Rusiya Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina əsas uçot dərəcəsini artırdığına görə yüksək vəzifəli məmurlar və iş adamlarının hədəfinə gəlib. Qərb mediası iddia edir ki, yüksək faiz  göstərici  baş nazirin və hökumət aparatında narazılığa səbəb olub, Putinə Mərkəzi Bankın rəhbəri ilə bağlı şikayətlərin sayı xeyli artıb. Bu tədbirin əleyhdarları iddia edirlər ki, Nabiullina öz hərəkətləri ilə ölkədəki iqtisadi vəziyyəti xilas etmir, əksinə, məhv edir. Hətta hakimiyyətdaxili intriqalardan qaçan  baş nazir Mixail Mişustin belə, Putinə  Mərkəzi Bankın rəhbərindən şikayətlər edib, onun siyasətinin  hökumətin sanksiyalara məruz qalan iqtisadiyyatı dəstəkləmək səylərinə mane olduğunu söyləyib. 

Parlament müxalifəti də  Mərkəzi Bankın pul siyasətini  daxili iqtisadiyyat üçün zərərli hesab edir və uçot dərəcəsinin kəskin azaldılmasında israrlıdır. Deputatlar öz mövqelərini onunla izah edirlər ki, sahibkarlıq subyektlərinin kredit götürdüyü vəsaitin baha olması mal istehsalını artırmağa imkan vermir və bu da yüksək inflyasiyaya gətirib çıxarır. Putinin ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Mərkəzi  Bank   ölkədə inflyasiyanın səviyyəsini aşağı salmaq üçün bütün lazımi tədbirləri görür.

nab.png (968 KB)

 Dekabrın 20-də Mərkəzi Bank  gözləntilərin əksinə olaraq, 2024-cü ildəki son iclasında əsas faiz dərəcəsini 21% səviyyəsində saxlayıb. Rusiya Bankı öz qərarını pul siyasətinin zəruri sərtliyinə nail olmaqla izah edib.

 Elvira Nabiullina TASS-a bildirib ki, iqtisadiyyatda faiz dərəcələrinin yüksək olduğu dövrlərdə Mərkəzi Bankın tənqidi həmişə güclənir.  Eyni zamanda, Mərkəzi Bank rəhbərinin sözlərinə görə, tənzimləyici situasiyaya verdiyi qiymət və proqnozlar əsasında qərar qəbul edir.

 Putin isə  Nabiullinaya və onun Rusiya iqtisadiyyatını xilas etmək üçün etdiyi siyasətə  tam güvənir,  onun “kəlləsini” istəyənlərə qulaq vermir. İddialara  görə, Mərkəzi Bankın rəhbəri bir müddət əvvəl vəzifəsini tərk etmək istəyib, lakin o, Putinin  xahişi ilə vəzifəsində qalıb.

 Putin Mərkəzi Bankın rəhbərinin “kafasını” qiytmətləndir və bu səbəbdən  2022-ci ildən bu qadının  şəxsi təhlükəsizliyini ən yüksək səviyyədə təmin edilməsi tapşırılıb.  2022-ci ilin fevral ayının sonundan  gücləndirilib. Bu barədə bir müddət əvvəl “The Economist” nəşri yazıb. Nəşr Rusiya  Mərkəzi Bankının rəhbərini “təvazökar davranışı ilə zəka və iddialılığı gizlədən”  texnokrat adlandırıb.

 “The Economist” Mərkəzi Bank rəhbərinin keçmiş həmkarlarına istinadən iddia edir ki, onu tez-tez “Polad Elvira” adlandırırlar.

ABŞ-ın nüfuzlu “Politico” nəşri qeyd edib ki, məhz Nabiullinanın səyləri sayəsində kollektiv Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib. Nəşr yazırdı ki, Mərkəzi Bankın rəhbəri 10 illik fəaliyyəti ərzində “rublu dəfələrlə xilas edən sərt pul siyasəti aparıb”.  

Elvira Sakipzadovna Nabiullina 29 oktyabr 1963-cü ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində tatar ailəsində anadan olub. Mərkəzi Bankın gələcək rəhbərinin  atası avtobazada sürücü, anası Züleyxa isə zavodda  operator işləyib.  İddialara görə, məktəbi qızıl medalla qurtarmaq istəyir, tatarlara verilən kvotalara görə(onlara az medal verirmişlər) alınmayıb.  

TASS_37349331.jpg (2.62 MB)

 Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elvira aspiranturaya daxil olub və kafedranın müəllimi, iki uşaq atası Kuzminovla ailə həyatı qurub. Nabiullina rus liberallarının gələcək  “yol göstərən ulduzu”  Yevgeni Yasinin aspirantı olmaqla parlaq gələcəyini təmin edib. Yasinlə yaxın münasibət (o cümlədən, ona çox yaxın olan əri vasitəsilə) ona 1991-ci ildə SSRİ Elmi-Sənaye  İnsitutunun işçisi olub. 1994-cü ildə Yasin onu özünün yaratdığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutuna apardı, oradan Elvira  Yasinin nazir təyin edildiyi Rusiya  İqtisadiyyat Nazirliyinə keçdi. 1997-ci ildə nazir müavini oldu, lakin bir il sonrakı defoltdan sonra dövlət qulluğundan qovuldu. 

Elvira Sakipzadovnanın  “ulduzu”nun parlaması  1999-cu ilin sonlarına təsadüf edir. Bəzi mənbələrə görə, o, himayədarı Yasinin təklifi ilə German Qrefin yaratdığı Strateji Araşdırmalar Mərkəzində onun müavini olub. German Qref  iqtisadi inkişaf və ticarət naziri təyin olunanda  Nabiullina onun  birinci müavini təyin edildi. 2007-ci ildə German Qref  “Sberbank” a rəhbər gələndə onun yerinə keçdi. 2012-ci ilin may ayında Vladimir Putin onu  köməkçisi təyin etdi. 2013-cü ilin yazında isə Rusiya Mərkəzi Bankına rəhbərlik edir...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR