İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda AĞIR QƏZA: Ölən və yaralananlar var - VİDEO

Oğuzda qəza zamanı xəsarət alan sürücülardən biri ölüb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Sentyabrın 8-də saat 15 radələrində rayonun Bayan kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, “Mercedes”in sürücüsü Turan Lətifov və 3 sərnişini xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

Oğuzda baş verən ağır yol qəzasında bir nəfər ölüb, bir ailənin 4 üzvü xəsarət alıb.

Hadisə günorta saatlarında Oğuz-Bayan avtomobil yolunda baş verib.

Rayonun Ərmənət kənd sakini 1987-ci il təvəllüdlü Əyyub Həsən oğlu Əyyubovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə rayonun Yaqublu kənd sakini 1989-cu il təvəllüdlü Tutan Cəbrayıl oğlu Lətifovun idarə etdiyi “Mersedes” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü Ə. Əyyubov, “Mersedes” markalı avtomobilin sürücüsü T. Lətifov, onun avtomobilində sərnişin qismində olan ailə üzvləri həyat yoldaşı 1995-ci il təvəllüdlü Nazxanım İkraməddin qızı Babayeva, ailənin iki azyaşlı övladı 2012-ci il təvəllüdlü Sənan Turan oğlu Lətifov və 2016-cı il təvəllüdlü Ayşə Turan qızı Lətifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki RMX-a göndəriliblər.

Ə. Əyyubov Şəki RMX-a daxil olduqdan bir qədər sonra aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR