Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Nyu-York şəhərinin məşhur Tayms Meydanında dəhşətli cinayət baş verib.
Musavat.com xəbər verir ki, naməlum şəxs 49 yaşlı kişini qəsdən yandırıb. Hadisə şahidlərinin bildirdiyinə görə, hücum edən şəxs qurbanın üstünə tezalışan maye tökərək od vurub.
Polis və təcili yardım hadisə yerinə dərhal cəlb olunub. Yaralı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hücumun səbəbləri və cinayətkarın kimliyi araşdırılır.
Hadisə Nyu-York sakinləri arasında böyük qorxu yaradıb. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəyini bildirib.
Musavat.com
17 Mart 2025
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ