Onlayn ictimai-siyasi qəzet
Müğənni Nüşabə Musayeva rəqslərinə görə onu qınayanlara cavab verib.
Yenisabah.az xəbər verir ki, növbəti rəqs görüntülərini sosial şəbəkə hesabında paylaşan ifaçı tənqidlərə məhəl qoymadığını bildirib:
“Rəqs həyatımın bir hissəsini təşkil edir, professional rəqs etmirəm, düzdür, çünki rəqqasə deyiləm. Sadəcə rəqslə xoşbəxt oluram və bu xoşbəxtliyi mənsən kimsə ala bilməz!
Bunu valideynlərim də bilirdi, övladlarım, doğmalarım da. Bu dünyada bircə mən rəqs etmirəm, hər kəs özünə xoş olan tərzə rəqs edir, mən də özümə xoş olan tərzdə rəqs edirəm. Bu kimisə qıcıq edirsə, su içsin, sonra da məni blok etsin, baxmasın. Hər kəs məni sevmək məcburiyyətində deyil, amma hər kəs mənə hörmət etmək məcburiyyətindədir. Çünki hamıya hörmət və sayğı ilə yanaşıram.
Mənim rəqslərimi eyib bilib müzakirə edənlərin həyatlarından, yaşam tərzlərindən qeyrətlidir mənim rəqslərim.
“Qayınanasan, nənə olacaqsan, kürəkənin var, qızların var” kimi ifadələrinizi özünüzə saxlayın! Mən son nəfəsimə qədər necə varamsa, elə də olacağam! Məni sevənlər belə qüəbul etsinlər, zatən mənə yetəcək qədər sevən kütləm var. Bəyənməyənlər də, sulu yeməklərinə fikir versinlər”.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ