İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuran Abdullayev Almaniyada yüksək vəzifəyə təyin olundu

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev yüksək vəzifəyə təyinat alıb.

Musavat.com-un məlumatına görə, o bu barədə sosial şəbəkə hesabında bildirib.

N. Abdullayev 2023-cü ilin yanvar ayının 1-dən fəaliyyətinə Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru olaraq davam edəcək.

“Almaniyanın 33 yaşında bu vəzifəyə təyin olunan ən gənc klinika rəhbəri (Chefarzt) oldum. Bu bir tarixdir. Almaniyanın üçüncü ən böyük – 600 min əhalisi olan bir bölgəsinə (der drittgrößte Landkreis) cavabdeh olan klinikanın rəhbəri olmaqla o bölgədə yeni texnologiya və innovativ üsullarla radioloji və neyroradiolji diaqnostik və müalicə metodlarının inkişafı və insult xəstələrinə göstərilən tibbi xidmətin ən üst səviyyəyə çatdırılması kimi çox önəmli bir missiya Almaniyada mənə həvalə olunub” - Nuran Abdullayev əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR