Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktrisa-müğənni Hülya Avşarın aparıcısı olduğu proqramın budəfəki qonağı aktrisa Məryəm Üzərli olub.
Hülyanın Məryəmə proqram əsnasında verdiyi sual gündəm olub.
Belə ki, o, aktrisadan "Heç evlənmədin, hə? Niyə ailə qurmadın? Niyə səninlə evlənmədilər?" deyə, soruşub.
Məryəm isə sualı belə cavablayıb:
"Evlənmədilər deyil. Bəzən həyat səni yaşayır, bəzənsə sən həyatı. Bir dövr həyat məni yaşadı. Ən önəmlisi səhvləri bilməyərək buraxmaqdır. Sevgi nə vaxt uğurludur ki? Biri ilə birlikdə olub, həyatın sonuna qədər davam edincə, uğurlu olur? Ya da ayrılanda uğursuz? Məncə, eşq üçün uğur və ya uğursuzluq yoxdur". (Axşam.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ