Onlayn ictimai-siyasi qəzet
"Birinci dəfədir ki, əsas heyətdə meydana çıxmasına baxmayaraq, çox yaxşı oyun nümayiş etdirdi".
Bunu Oxu.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova bildirib.
"Neftçi"nin Azərbaycan Premyer Liqasının 13-cü turunda "Şamaxı" ilə oyunla bağlı sosial şəbəkədəki paylaşımında nəvəsini dəstəkləyən Ə.Məmmədova azarkeşlərin və izləyicilərin rəğbətini qazanıb. Çoxları "nənə xeyir-duası belə olar" deyə onu təqdir ediblər.
"On bir illik zəhmətin bəhrəsini görürük. İlk dəfə əsas heyətdə oynayır. Buna baxmayaraq, məhsuldar ötürmə və bir qolla yadda qaldı. 68 yaşım var, 61 ildir, "Neftçi" azarkeşiyəm.
Ümid edirəm ki, "Neftçi" yenidən liderliyə yüksələcək. Nəvəm də komandanın qalib gəlməsində əlindən gələni etməlidir", - deyə Ə.Məmmədova vurğulayıb.
Murad Məmmədov görüşün 4-cü dəqiqəsində mükəmməl qolla hesabı 2:0-a çatdırmışdı.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ