Onlayn ictimai-siyasi qəzet
İsrail bu gün səhər tezdən İrana hücum etmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qəzet bildirir ki, bu plan baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığından sonra ləğv edilib.
Amerika nəşrinin yazdığına görə, Bayden administrasiyası İsrailə ehtiyatlı davranmağı və İranın hava hücumlarından uğurla müdafiə olunduqdan sonra Yaxın Şərqdə daha da gərginliyin qarşısını almağı tövsiyə edib.
Məlumata görə, ABŞ rəsmiləri İsrailin 300-dən çox pilotsuz uçuş aparatını və raketini ələ keçirməsini əlavə qisas tələb etməyən əhəmiyyətli strateji qələbə kimi qiymətləndiriblər.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ