İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu razılaşdı: İsrail ordunun bir hissəsini Qəzzadan çıxarır

ABŞ dövlət katibi Antoni Blinken İsrailin Qəzza zolağından SAXAL-ın bir neçə müddafiə bölməsini çıxarmağa razı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Blinkenin sözlərinə görə, Qəzza zolağında İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında əldə olunan atəşkəs razılaşmasında İsrailin bir neçə bölməsinin anklavdan çıxarılmasına dair bənd var.

“Sazişdə İsrail ordusunun Qəzzadan çıxarılmasının tarixləri və yerləri çox aydın şəkildə göstərilib və İsrail bununla razılaşıb”, - deyə dövlət katibi qeyd edib.

Blinken əlavə edib ki, o, razılaşma ilə bağlı şəxsən İsrailin baş naziri Binyamin Netanyahudan müsbət cavab alıb. Bundan əvvəl Fələstinin radikal HƏMAS hərəkatı ABŞ prezidenti Co Bayden və dövlət katibi Antoni Blinkenin Qəzzada atəşkəslə bağlı bəyanatlarının çaşdırıcı olduğunu və hərəkatın mövqeyini əks etdirmədiyini açıqlamışdı.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR