İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu nazirləri TƏCİLİ iclasa toplayır - RƏSMİ

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə hökumət binaları kompleksində hökumətin iclasını keçirəcək.

Musavat.com xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

İclas yerli vaxtla saat 14:00-da baş tutacaq.

Netanyahu daha əvvəl Təl-Əvivdə ölkənin hərbi-siyasi kabinetinin iclasını keçirib.

Görüşün əvvəlində o, İsrailin özünü müdafiə etməkdə qərarlı olduğunu və onu vuranları vurmaq kimi sadə qaydaya əməl etdiyini bildirib.

Bundan əvvəl ordunun mətbuat xidməti bildirmişdi ki, İsrail Müdafiə Qüvvələrinin qırıcıları ölkənin ərazisinə raket zərbəsi hazırlamaqla əlaqədar Livandakı “Hizbullah” hədəflərinə hücum edib.

İsrailin 65 yaşlı müdafiə naziri Yoav Qalant ölkədə 48 saatlıq fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib. Daha sonra Livandan İsrailə doğru 320-dən çox raket atılıb. “The Jerusalem Post” qəzetinin məlumatına görə, raket buraxılışları saat 05:30-dan 06:15-dək qeydə alınıb, onlardan bir neçəsi İsrail ərazisinə çatıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR