İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsiman Yaqublunun oğlu: "Mənə zəng vurdu... Bilmək istərdim, orada nə oldu ..." - VİDEO

Ötən gün faciəvi şəkildə vəfat edən tarixçi-professor Nəsiman Yaqublu Zabrat qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, məsləkdaşları, siyasətçilər və jurnalistlər iştirak ediblər.

"TV Müsavat"ın dəfn mərasimindən hazırladığı reportajı təqdim edirik. 

Qeyd edək ki, Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyəti və onun fəal qurucuları ilə bağlı 30-dan çox monoqrafiyanın müəllifidir.

N.Yaqublu ömrünün böyük bir hissəsini həsr etdiyi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində öz biliyi, elmi və praktik bacarığı ilə tələbələrin sevgisini və rəğbətini qazanan müəllim idi.

Nəzərə çatdıraq ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Nəsiman Yaqublu seçicilərlə görüşdən qayıdarkən,  Cəbrayıl rayonu ərazisində ağır yol qəzasında həyatını itirib. Allah rəhmət etsin.

Afaq Mirayiq,
Montaj: Rafət Şahbazov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR