Onlayn ictimai-siyasi qəzet
Dünya bazarında neft qiymətlərinin enişi davam edir. Bu gün günortadan sonra ABŞ-ın kommersiya xam neft ehtiyatlarına dair açıqlanan məlumat bu prosesi sürətləndirib.
Musavat.com ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına istinadən xəbər verir ki, ötən həftə ölkənin neft ehtiyatları 3,46 milyon barel artaraq 415,13 milyon barrelə çatıb.
Həmçinin benzin ehtiyatları 2,96 milyon barel artaraq 248,86 milyon barrel, kommersiya distillə ehtiyatları 4,99 milyon barel azalaraq 123,95 milyon barel olub.
Mütəxəssislər neft ehtiyatlarının 2,19 milyon barel, benzin ehtiyatlarının 245 min barel artacağını, distillə ehtiyatlarının 2,3 milyon barel azalacağını gözləyirdilər.
ABŞ Energetika Nazirliyi məlumatı açıqlayandan sonra neft bazarında qiymətlər 1 dollardan çox azalıb. Brent nefti 77 dolllara, WTI nefti isə 73 dollara düşüb.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ