İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə halda olmalıyam ki?” - Xalq artistindən CAVAB

Bəzi saytlarda Azərbaycanın Xalq artisti Zemfira Nərimanovanın şəkilləri yayılıb. Ailə məclisində keyfiyyətsiz halda çəkilmiş bu şəkilləri “Aktrisa tanınmaz halda” başlığı ilə yayıblar.

Lent.az-a açıqlama verən Xalq artisti Zemfira Nərimanova bildirib ki, belə şəkillərin yayılması onun kefini pozmur.

“Normal insanam. Nə halda olmalıyam ki? Makiyajsiz, plastik əməliyyatsız təbii halımdayam. Həmin gün salona da getməmişdim, özümü yüngül səliqəyə salmışdım. Şəkil avqustda çəkilib. Bu şəkillərlə kimsə özünü reklam edir. Bəlkə də kimsə paxıllıqla məni pis göstərməkçün şəkillərin üstündə oynayıb. Hər şeyə inanıram, edərlər bunu da. Bir də axı, mən indi 20 yaşımda deyiləm. Gənc qalmaq mümkün deyil, hamı dəyişir. Bəyəm siz dəyişməmisiniz?” - deyə Xalq artisti qeyd edib.

Aktrisa elə həmin gün çəkilmiş başqa bir fotosu ilə iddialara cavab verib. 65 yaşlı aktrisamız öz solmaz gözəlliyi ilə diqqət çəkib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR