Onlayn ictimai-siyasi qəzet
“Hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər var”.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu “Uşaq hüquqlarının tribunası” mövzusunda keçirilən tədbirdə Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib.
“Nəzərdə tutulub ki, uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlər məsuliyyətə cəlb olunsunlar, onlarla danışıqlar aparılsın. Bu istiqamətdə maarifləndirmə tədbirlərinə ehtiyac var”, - o qeyd edib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ