İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda 8 nəfər qidadan zəhərlənib

Naxçıvan şəhərində qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, dünən axşam Naxçıvan şəhərində qidadan 8 nəfər zəhərlənib.

Belə ki, bayram axşamı şəhər sakinləri 1995-ci il təvəllüdlü Türkanə İbrahimova, 1988-ci il təvəllüdlü Nahidə Rzayeva, 1975-ci təvəllüdlü Məhəbbət İbrahimova, 1954-cü il təvəllüdlü Səbahət Allahverdiyeva, 1959-cu il təvəllüdlü Kişvər Muradova, 1932-ci il təvəllüdlü Hökümə Məmmədova, 1997-ci il təvəllüdlü Röya Babayeva və 1964-cü il təvəllüdlü Elmira Bünyadova qidadan zəhərlənmə ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, zərərçəkənlərin vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR