Onlayn ictimai-siyasi qəzet
Naxçıvanda 3 tələbə qız dəm qazından zəhərlənib.
Musavat.com APA-ya istinadla xəbər verir ki, Şərur və Culfa rayon sakinləri Aytac Əliyeva, Nərmin Əliyeva və Muasimə Abbasova Naxçıvan şəhərində kirayə qaldıqları evdə zəhərləniblər.
İlkin məlumata görə, zəhərlənməyə səbəb hamamda dəm qazının sızması olub. Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.
Faktla bağla araşdırma aparılır.
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ